Bu gün Misli Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ" "Sabah"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, 33-cu dəqiqədə Əyyub Allaşın hesabı açdığı yarışın 45+2-ci dəqiqəsində Klesio Bauk Meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib.
Oyun bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
34-cü tur
12 may (bazar)
17:00. “Qəbələ” 2–0 “Sabah”
Qollar: Əyyub Allaş, 33, Klesio Bauk, 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”