AZ

Cuvarlıdakı tənha qəbir: ayaqda qalan məzarlarımız da erməni işğalına dirənib - FOTO

Musavat.com xəbər verir ki, tanınmış həkim Zülfüqar Yusifov öz kəndini ziyarət edib.

Füzuli rayonunun Cuvarlı kəndi gerçəkdən bir cənnət guşəsi kimidir. Gördüklərindən riqqətə gələn həkim çəkdiyi videoda öz duyğularını kadr arxasından da ifadə edir. Daha sonra babası Zülfüqarın 30 ildən çoxdur ziyarət olunmayan məzarını ziyarət edib. "Adını daşıdığım babam bu bir qərinəlik işğal dövrünü bax beləcə, ayaqüstdə qalıb", deyə, həkim qeyd edir. Sanki Zülfüqar kişinin məzarı işğalçı erməniyə dirənirmiş kimi, yıxılmadan, ayaqda qalmaqla mübarizə aparıb.

Qovuşduran Allaha şükürlər olsun. Qarabağı işğaldan qurtaran Ali Baş Komandana, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
1
musavat.com

10Mənbələr