AZ

Nazirlik əhalini təhlükədən xəbərdar edib - Müraciət

Nazirlik

Yaxın günlər ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək, güclü külək əsəcək və şimşək çaxacaq.

Reyting.az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin bu proqnozuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. FHN-nin müraciətində əhali təhlükəsizlik qaydalarına riayət etməyə çağırılır.

İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir:

“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
49
reyting.az

10Mənbələr