AZ

"Kızılcık şerbeti"nin Fatihi Azərbaycan türkü imiş

Türkiyənin ən populyar seriallarından biri olan "Kızılcık şerbeti"nin baş rol oyunçularından biri olan, Fatih Ünal obrazını canlandıran Doğukan Güngör azərbaycanlı imiş.

Musavat.com xəbər verir ki, bu barədə onun özü "Ali ile aramızda" proqramında danışıb.

27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı, anasının isə iğdırlı olduğunu açıqlayıb.

O, ata tərəfinin azərbaycanlı olduğu üçün mühafizəkar olduğunu da qeyd edib:

"Atam azərbaycanlıdır. O, Hacettepe Universitetində təhsil alıb. Parlamentdə müşavir vəzifəsində çalışıb. Mən 7 yaşında olanda valideynlərim ayrıldı. Atam Almaniyada yaşadı, mən anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Atam intellektual biri idi. Anam isə Saloniki köçmənidir. Atatürkçüdürlər. Ata tərəfim azərbaycanlı olduğu üçün daha mühafizəkardır".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
big.az

9Mənbələr