AZ

Azərbaycan iki ölkəyə başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib. “Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - paylaşımda bildirilib. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya da başsağlığı mesajı göndərib.

"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik", - başsağlığı mesajında qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
41
buta.tv

10Mənbələr