AZ

Xarkov vilayətində əhalinin təxliyəsi davam edir

Ukraynanın Xarkov vilayətinin Rusiya ilə həmsərhəd ərazilərindən davam edən təxliyə zamanı 4 mindən çox insan bölgədən çıxarılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

"Hazırda Çuqevski rayonundan 1377 yerli sakin, Xarkovski rayonundan 2097 nəfər, Boqoduxovski rayonundan 29 nəfər, ümumilikdə 4073 nəfər könüllülər tərəfindən təxliyə edilib", - o, öz "Telegram" kanalında yazıb.

Bir gün əvvəl Sinequbov eyni üç ərazidən təxminən 1,8 min nəfərin köçürüldüyünü bildirmişdi.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
iqtisadiyyat.az

1Mənbələr