AZ

Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Publika.az həmin müsahibəni oxuculara təqdim edir:

- Qüdrət bəy, Ermənistanda baş verənlərə rəsmi Bakının münasibəti necə olmalıdr?

- Bilirsiniz, onlar bizə o qədər acı yaşadıblar ki, minlərlə igid gəncimiz həyatını itirib, qızlarımızı, qadınlarımızı təhqir ediblər, yüz minlərlə soydaşımızı ev-eşiyindən qovub 10 illərlə məşəqqətli həyata məhkum ediblər, millətimizin qüruruna toxunublar. İndi nə qədər istəyirlər bir-birini qırsınlar. Bu, bizi az ilgiləndirməlidir, imkanımız varsa, bu işə töhfə verməliyik.

Bəzi azərbaycanlılar Paşinyanı sülh göyərçini kimi təqdim etmək istəyirlər. Məgər o deyildi Qarabağ Ermənistandır deyən? Xarici asılılığın rəzil etdiyi bəziləri ağız dolusu, sevinclə Ermənistanın demokratik ölkəyə çevrilməsindən yazırlar, danışırlar. Mən istəyərdim Ermənistanda diktatura olsun. Elə bir diktatura ki, insanlıq və qanun adına o ölkədə heç nə qalmasın. Bütün sivil dünya onlardan üz döndərsin, gənclər iş dalınca, hüquqları olan insan kimi yaşamaq üçün ölkəni tərk edib getsin, iqtisadiyyatları çöksün, ölkə on illərlə geri düşsün. Bir də, həmin ölkə bizə təcavüz barədə düşünməsin. Biz Ermənistanı yönləndirənlərdən tələb etməliyik ki, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratsın və sülh sazişini imzalasın. Buna görə Ermənistana təzyiqləri artırmalıyıq. Qərbin tör-töküntüləri deyir ki, İlham Əliyev deməklə ki, Ermənistan bizim tələbimiz əsasında 4 kəndi azad edir, bu, Rusiyanın maraqlarına xidmət edən erməni müxalifətinin dedikləridir və sülhə xidmət etmir. Ermənistan müxalifəti Paşinyana türk deyir. İlham Əliyev desəydi ki,Ermənistan bizim tələbimizlə yox, özü könüllü olaraq 4 kəndimizi azad edir, bu, Paşiyana kömək və sülhə xidmət olacaqdı? Həmin adamlar ciddiliyini itirmiş, diktə ilə danışan adamlardı. Biz nə qədər ki, sülh yoxdur, ermənilərin xəyanətkar olmasını da deməli, onları aşağılamalıyıq. Prezident nə edirsə, az edir. Onlar 30 il bizi alçaldıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
4
publika.az

10Mənbələr