Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə birinci liqasında son - 34-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda "Gənclərbirliyi" ilə 1:1 hesablı heç-heçə edib. Bununla da komanda yarışı 16-cı pillədə başa vurub. Nəticədə "Tuzlaspor" ikinci liqada yuvarlanıb.
Həsənalızadə bu görüşdə sona qədər ehtiyatda qalıb.