AZ

Modi istefa verməyəcək

“Hindistanın baş naziri Narendra Modi 2025-ci ildə 75 yaşı tamam olduqdan sonra istefa verməyəcək”.

Bunu respublikanın cənubunda yerləşən Heydərabadda keçirdiyi mətbuat konfransında ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Amit Şah deyib.

“Modini əvəz etməyə ehtiyacımız yoxdur. Onun dəyişdirilməyəcəyi artıq qərara alınıb”, – nazir əlavə edib.

Şahın sözlərinə görə, ölkə konstitusiyasında heç bir yaş məhdudiyyəti qeyd olunmur.

Qeyd edək ki, Hindistanda parlament seçkilsi aprelin 19-da başlayıb və iyunun əvvəlinə qədər bir neçə mərhələdə keçiriləcək. Favoritlər arasında ardıcıl üçüncü dəfə baş nazir olmaq istəyən hazırkı hökumət başçısı Modinin rəhbərlik etdiyi hakim Hindistan Xalq Partiyası da var.

Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
5
editor.az

10Mənbələr