AZ

Messinin komandası Kanadada 3 xalı 3 qolla qazandı - VİDEO

Mayın 11-dən 12-nə keçən gecə Kanadanın Monreal şəhərindəki Saputo stadionunda “İnter Mayami” səfərdə “Monreal İmpakt”ı məğlub edib.

Bizim.Media xəbər verir ki, MLS matçında azarkeşlər beş qola şahidlik ediblər.

Qonaqlar 2:0 geridə olarkən sonradan üç qol ataraq möhtəşəm geridönüşlə qalib gəliblər. “İnter”in qollarından birinə Suares imza ataraq komandasının qələbəsində pay sahibi olub - 2:3.

Hazırda “İnter Mayami” 13 oyundan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir. 12 xalı olan “Monreal” isə 20-ci yerdə qərarlaşıb.
 


Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
bizim.media

10Mənbələr