AZ

Paşinyan yalnız bu halda istefa verəcək

Tarix: 12 May 2024 06:52

Ermənistan Baş naziri Nikola Paşinyanın istefası yalnız siyasi elitanın istəyi ilə baş tutacaq.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, politoloq, Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter Ura.ru ilə söhbətində bu barədə danışıb.
"Ermənistanda siyasi elitanın əhəmiyyətli bir hissəsi hesab etsə ki, Paşinyanı devirmək onlar üçün faydalıdır, o zaman bəlkə nəsə dəyişəcək. Amma bu o demək deyil ki, istefa indi baş verə bilər. Məncə, praktiki olaraq Paşinyanı elitadan təhdid edən heç nə yoxdur. Bu etirazlar bu gün ona problem yaratmır. Onun müxalifətə qarşı necə kifayət qədər aqressiv davrandığını və onun tələblərinə qulaq asmaq fikrində olmadığını görürük", - Vladimir Bruter bildirib.
Xatırladaq ki, erməni kilsəsinin nümayəndəsi Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Arxiyepiskopun rəhbərliyi altında kütləvi etirazlar keçirilir.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
10
sonxeber.net

3Mənbələr