AZ

"Qarabağ"ın növbəti qələbəsi 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşdə yeganə qolu Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo vurub. Braziliyalı forvard penaltini dəqiq yerinə yetirib. Bu qələbə ilə xallarını 79-a çatdıran "Qarabağ" liderliyini bir qədər də möhkəmlədib. 52 xalı olan "Zirə" isə 3-cü pillədə qalıb.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Kəpəz"i 5:1, "Turan Tovuz" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 12-də keçiriləcək 2 görüşlə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
12
modern.az

10Mənbələr