AZ

Bəxtiyar Həsənalızadənin komandası aşağı liqaya düşdü

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün sonuncu – 34-cü turu çərçivəsində bu gün “Gənclərbirliyi” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşmada futbolçumuzun komandası 1 xalla kifayətlənib – 1:1.

Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda saxlanılıb.

“Tuzlaspor” bu nəticədən sonra mövsümü 38 xalla 18 kollektiv arasında 16-cı pillədə başa vurub. Bu isə o deməkdir ki, “Tuzlaspor” növbəti mövsümdə Birinci Liqada mübarizə aparmayacaq. Son üç pillədən birini tutan futbolçumuzun komandası aşağı liqaya düşüb. Hesabında 38 xal olan “Tuzlaspor” “Şanlıurfaspor”la eyni göstəriciyə malik olsa da, top fərqinə görə rəqibindən geri qalıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 20 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
arena.az

2Mənbələr