AZ

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi



 22:08 11.05.2024     234

Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir görüşü keçirilib.

Demedia.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan matçda qonaqlar minimal hesabla qalib gəliblər - 1:0.

Yeganə qolu 34-cü dəqiqədə penaltidən Olavio Juninyo vurub. "Qarabağ" 79 xalla birinci, "Zirə" 52 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. Dünən isə turun açılış matçında "Neftçi" 5:1 hesabı ilə "Kəpəz"ə qalib gəlib.

Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
345
36
demedia.az

10Mənbələr