AZ

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin əleyhdarları sabah mitinq planlaşdırır

Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin əleyhdarları sabah parlamentin Hüquq məsələləri komitəsinin iclasında qanun layihəsinin üçüncü oxunuşda müzakirəsinə etiraz məqsədilə mitinq planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu Avropa meydanında davam edən etiraz aksiyasının iştirakçıları deyib.

Təşkilatçılar artıq sosial şəbəkədə müvafiq məlumat yayıblar.

Qeyd edilib ki, sabah saat 22:00-da Rustaveli prospektində mitinq nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılacaq. Hüquq məsələləri komitəsinin iclası mayın 13-ü saat 09:00-a təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
ikisahil.az

10Mənbələr