AZ

İngiltərə Premyer Liqası : “Çelsi” son anda məğlubiyyətdən xilas oldu - VİDEO

İngiltərə Premyer Liqasının 37-ci turunda “Nattingem”lə qarşılaşan “Çelsi” son dəqiqələrdə vurduğu qollarla qalib gəldi.

Oxu.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesab 8-ci dəqiqədə açılıb. Mixaylo Mudrik “Çelsi” azarkeşlərini coşdurub - 1:0 Amma məğlubiyyəti qəbul etməyən meydan sahibləri hesaba tarazlıq gətiriblər. Uilli Boli 16-cı dəqiqədə fürsəti layiqincə dəyərləndirib - 1:1. 74-cü dəqiqədə Kalum Hudson meydan sahiblərini hesabda irəli çıxarıb - 2:1. 80-ci dəqiqədə Rahim Sterlinq hesaba tarazlıq gətirib - 2:2. 82-ci dəqiqədə Nikola Cekson görüşdə son nöqtəni qoyub - 3:2.

Qeyd edək ki, aktivində 55 xalı olan “Çelsi” 5-ci sıradadır. “Nottingem” 30 xalla 17-cidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
oxu.az

3Mənbələr