AZ

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər kişilər üçün ən sağlam pəhrizi açıqlayıblar.

Kişilər üçün prostat vəzi xərçəngi kimi xərçəngin inkişaf riskini azaltmağa kömək edən bir pəhriz var. Xəstəlik səssizcə inkişaf edir, lakin riski minimuma endirmək olar.

Ümumilikdə, tədqiqat 65 yaşlı 2000-dən çox kişinin rifahını araşdırıb. Məlum olub ki, bu pəhriz xərçəngin bu formasının inkişaf ehtimalını demək olar ki, yarıya endirir.

Eyni zamanda, diabet, damar və ürək xəstəliklərinin inkişaf riski və onlarla birlikdə ani ölüm riski azalır.

Hətta diaqnozu təsdiqlənmiş, lakin xəstəliyin bədənin digər hissələrinə yayılmadığı kişilər də müsbət dəyişikliklər göstərib. Bitki əsaslı pəhriz xərçəng riskini 47% azaldır.

Gündəlik qəbul ediən kalori miqdarı 1600-1800 olmalıdır.
 
Çay, qəhvə, tərəvəz, meyvə suyu içə bilərsiz, ancaq şəkərsiz.
 
Gün ərzində 250 ml-dən çox spirtli içki qəbul etmək olmaz.
 
Gün ərzində 1 ədəd meyvə, qoz, fındıq, quru meyvələr yemək olar.
 
Salatlara limon suyu, ədviyyat və sirkə əlavə edin.
 
Qaynadılmış, buxarda bişirilmiş yeməklər yeyin.
 
Qızardılmış, hisə verilmiş, yağlı ət, təzə xəmir xörəkləri, mayonez, kərə yağı yeməyin.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
25
milli.az

10Mənbələr