AZ

Fabreqası ötüb, Giqqzə çox qalıb

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasında ötürmə sayında 2-ci pilləyə yüksəlib.

İdman.biz xəbər verir ki, o, “Fulhem”lə oyunda "şəhərlilər"in heyətində 111-ci dəfə qolun vurulmasında iştirak edib.

Matçda belçikalı futbolçunun ötürməsindən sonra hesabı açılıb. Kevin bu göstəricidə “Arsenal” və “Çelsi”də oynamış Sesk Fabreqası arxada qoyub. Siyahıya “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqz başçılıq edir. Uelslinin hesabında 162 ötürmə var.

Qeyd edək ki, “Mançester Siti” “Fulhem” 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
idman.biz

1Mənbələr