AZ

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları: 41 nəfər saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda və bir sıra regionlarda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib, şəhər yol qovşaqlarında tıxaclar yaradılıb.

Bu barədə Ermənistan KİV xəbər yayıb.

Məlumata görə, hazırda İrəvanda Xorenatsi küçəsi, Tiqran Mets və Azadlıq prospektləri bağlanıb. Aksiyaçıların Qay prospekti və Qələbə körpüsünü bağlamaq niyyətinin olduğu da bildirilir.

Artıq aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb, 41 nəfər saxlanılıb.

Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
1
news365.az

10Mənbələr