AZ

Şəhid Elşad Qayımovun yas mərasimi keçirilib

Xaçmaz rayonunun Hacıqurbanoba kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Qayımovun üç mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri,qazilər və ictimayyət nümayəndələri iştirak edib.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıb.

Elşad Qayımovun yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
1
operativmedia.az

4Mənbələr