AZ

Moldova Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək

Moldova parlamenti mayın 16-da keçirilən iclasında ölkənin Avropaya inteqrasiyası ilə bağlı referendumun tarixini təsdiqləyib.

"Unikal" xəbər verir ki, referendum 20 oktyabr 2024-cü ildə baş tutacaq.

Moldova mətbuatının məlumatına görə, hakim “Hərəkət və Həmrəylik” (PAS) partiyasının 55 deputatı referendumun lehinə səs verib. Daha 20 müxalifət deputatı bitərəf qalıb, bir müxalifət deputatı isə əleyhinə səs verib.

Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?”. Əsas qanunun preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilib. Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların ziddiyyətli müddəaları qarşısında üstünlüyü” təqdim edən bənd əlavə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
unikal.az

10Mənbələr