AZ

COP29-a “yaşıl” töhfə

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmob keçirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti Media və Kommunikasiya Departamen­tinin məlumatında daha sonra qeyd edilir ki, ictimaiyyətin diqqətini ətraf mü­hitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə, habelə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya gəlib.

İştirakçılar Bakının Müşfiqabad qəsə­bəsində Abşeron yarımadasının tor­paq-iqlim şəraitinə uyğun 3 min Eldar şamı və zeytun ağacı əkib.

Ağacəkmə aksiyasından sonra könül­lülərin iştirakı ilə Azərbaycanın bu il ev­sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbiri hesab olunan COP29-a həsr olu­nan fləşmob nümayiş etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyası və fləşmob COP29 Azərbaycan Əməliy­yat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatla­rı İttifaqı tərəfindən birgə təşkil olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşki­latların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər iştirak edib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
11
xalqqazeti.az

10Mənbələr