AZ

Yunus Oğuza "Qızıl ulduz" medalı təqdim olundu

Image

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə  Azərbaycan təmsilçilərindən həmin Akademiyanın "Türk Dünyasında İlin Ziyalısı" Beynəlxalq Diplomu və "Qızıl Ulduz" Medalı ilə təltif edilmək üçün namizədliyi  verilən  yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib .
Olaylar.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk  dünyası ədəbiyyatı  və  mədəniyyətinin  inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza  "Qızıl Ulduz" medalı artıq təqdim  edilib.
Xatırladaq ki, Yunus  Oğuz  onlarla  tarixi  romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
baki-xeber.com

6Mənbələr