AZ

Azərbaycanın bu bölgəsində sürüşmə zonalarında aktivlik artdı - VİDEO

Son günlər havaların yağmurlu keçməsi sürüşmə zonalarında aktivliyi artırıb.

Milli Geoloji Kəşfiyyat Agentliyinin məlumatına görə, qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub bölgəsində lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Bildirilib ki, Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev qeyd edib ki, xüsusilə yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərib.

Onun fikrincə, intensiv yağıntılardan sonra Bakının bəzi sürüşmə zonalarına da diqqət artırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
13
publika.az

10Mənbələr