AZ

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Dünya Badminton Federasiyası (BWF ) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki,ölkəmiz ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq.

2021-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya “Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra isə həmin reytinqdə 31-ci olaraq ölkəmizi “Paris-2024”də təmsil etmək hüququ əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
11
publika.az

10Mənbələr