AZ

Ukrayna Luqanskda neft anbarını vurdu: Güclü yanğın başladı - VİDEO - FOTO

Tarix: 11 May 2024 01:16

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində neft anbarını vurub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Luqanskın Rovenki şəhərindəki neft anbarına vurulan zərbədən sonra güclü yanğın başlayıb.
Luqansk "səhiyyə naziri" Natalya Paşenko bildirib ki, hadisə nəticəsində üç nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.
Məlumata görə, ətrafdakı evlərə də ziyan dəyib.  
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
sonxeber.net

2Mənbələr