AZ

Xəstəxana gənc yazıçının son durumunu açıqlayıb - Yenilənib

Gənc yazıçı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.

Bu barədə kulis.az-a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazar komadadır, vəziyyəti son dərəcə ağırdır.

O, xəstənin süni nəfəs aparatına qoşulduğunu deyib.

Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.

Cəfər Talıb

"Gənc yazıçı Murad Muradov komaya düşüb. Onun vəziyyəti ağır qiymətləndirilir".

Bu sözləri Kulis.az-a şair Habil Rzanur deyib.

Onun sözlərinə görə, komada olan Muradın təzyiqi kəskin düşüb, ailə üzvləri onun vəfat etdiyini zənn ediblər.

Qeyd edək ki, həmin vaxt Murad Muradovun ailəsi ilə əlaqə saxlayan yazıçı İlham Əzizə onun vəfat etdiyi bildirilib, yazıçı da bu xəbəri ictimailəşdirib.

Murad Muradov bir neçə gün əvvəl insult keçirib, xəstəxanaya yerləşdirilib.

Şair Habil Rzanurun dediyinə görə, hazırda Murad Muradov xəstəxanadadır və süni tənəffüs aparatına qoşulub.

Quba rayon Mərkəzi Xəstəxanasından xəstənin vəziyyəti barədə məlumat almaq mümkün olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
kulis.az

2Mənbələr