AZ

Cəlilabadda yol qəzası olub xəsarət alan var - FOTO

Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

Azmedia.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabadın Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun Təzəkənd kəndi istiqamətindən hərəkətdə olan "VAZ 2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində "VAZ 2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Azmedia.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
9
arazmedia.az

10Mənbələr