AZ

Cüdoçularımız Avropa Kata turnirində iştirak edəcəklər

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsini sınayacaq.

Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke

Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov - uke

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
293
8
apasport.az

10Mənbələr