AZ

Macarıstan NATO ölkələrini "müharibəyə doğru addımlar atmaqda" ittiham edib

Macarıstan NATO ölkələrinin Ukraynaya yardımla bağlı mövqeyindən narazıdır. Budapeşt hesab edir ki, Alyans “böyük addımlarla müharibəyə doğru irəliləyir”.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstan NATO-nun Ukrayna üçün ayrılan 100 milyard avro fondunda, nə də Alyansın Ukraynaya hərbi yardım və ukraynalı əsgərlərin təlimini əlaqələndirmək planlarında iştirak etməyəcək.

"NATO öz qırmızı xətlərini keçib və müharibəyə doğru böyük addımlar atır, birbaşa qarşıdurma isə III Dünya Müharibəsinin başlaması riskini daşıyır", - Siyarto bildirib.

O əlavə edib ki, NATO ölkələri Ukraynadakı müharibəni öz müharibəsi hesab edir. Bu fikir Budapeştin mövqeyinin əksinədir.

"Bunun bizim müharibəmiz olduğuna inananlar Ukrayna qalib gələnə qədər müharibənin davam etdirilməsini dəstəkləyirlər", - nazir hesab edir.

Onun fikrincə, müharibəni bitirmək üçün “yeganə real yol” diplomatiyadır.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
qaziler.az

2Mənbələr