AZ

Bu şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

"VMF NATURAL FREQUENCİES" Məhdud Məsuliyyətli Cəmiyyəti  barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ nəzərdə tutulur.

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
valyuta.az

3Mənbələr