AZ

Qərbə səsləndi: Putinə qarşı sərt olun, onu kənara tullayın

Tarix: 10 May 2024 20:06

Qərb Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmalıdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri və hazırkı xarici işlər naziri Ceyms Kemeron deyib.
Britaniya diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, ölkə "siyasi iradə döyüşündədir" və London öz müttəfiqləri ilə birlikdə "rəqiblərini" məğlub etməlidir. Kemeron əlavə edib ki, Qərb Putini kənarda oturtmalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır.
"Rusiyaya yaxın olan ölkələr Ukraynada baş verənləri görürlər və düşünürlər ki, görəsən növbəti qurban olacaqlarmı?", - deyə siyasətçi bildirib.



Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
sonxeber.net

4Mənbələr