AZ

Lukaşenko onu vəzifədən azad edib

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Baş Qərargah rəisi Viktor Quleviçi vəzifəsindən azad edib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə “Pul First” Telegram kanalı məlumat yayıb.

 

“General-mayor Viktor Quleviç Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib”, - deyə  məlumatda  qeyd  olunur.

 

Qeyd olunur ki, bununla bağlı 192 saylı müvafiq sərəncamı ölkə prezidenti imzalayıb.

 

Dövlət başçısının bu qərarına səbəb kimi Güleviçin yaşının olması göstərilir. Qeyd olunur ki, general-mayor hərbi xidmətdən hərbi forma və fərqlənmə nişanları taxmaq hüququ ilə ehtiyata keçirilib.

 

Bundan əvvəl Belarusa yollanan polşalı hakim Tomaş Şmidtin tutduğu vəzifədən azad edildiyi bildirilib. Şmidtin özünün təqdim etdiyi hakim vəzifəsindən istefa qəbul edilib. Dərhal qüvvəyə minir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
oxu24.com

10Mənbələr