AZ

ABŞ Kiyevə 400 milyon dollarlıq yeni yardım paketini elan edəcək

ABŞ cümə günü Kiyevə 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə Amerika rəsmiləri arasındakı mənbəyə və müvafiq sənədə istinadən “Politico” məlumat yayıb.

 

Yeni yardım paketinə Patriot sistemləri üçün Stinger raketləri, həmçinin Bradley piyada döyüş maşınları, MRAP zirehli personal daşıyıcıları və Javelin tank əleyhinə sistemləri daxildir.

 

Mayın 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynaya yeni hərbi yardım paketləri üzərində iş aparıldığını açıqlayıb. Lakin onun sözlərinə görə, Birləşmiş Ştatlar hələlik onların ayrılması vaxtı barədə danışmağa hazır deyil.

 

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya hərbi yardımı sərmayə adlandırmışdı, çünki vəsaitin böyük hissəsi Amerika zavodlarında silah istehsalına gedəcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
27
oxu24.com

10Mənbələr