Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında leysan yağışların səbəb olduğu sel fəlakətinin sayı getdikcə pisləşir.
Edilən açıqlamada daşqın nəticəsində daha 6 nəfərin həyatını itirdiyi, ümumi can itkisinin isə 113-ə yüksəldiyi bildirilib. İtkin düşənlərin sayının 146-ya çatdığı qeyd edilib.
Səlahiyyətlilər su basmış ərazilərdən xilas edilənləri evlərinə qayıtmamağa çağırıb.
Milli Meteorologiya İnstitutu (INMET) xəbərdarlıq edib ki, bazar gününə qədər ştatın mərkəzi və şərq hissələrində güclü yağış yağacaq.