AZ

“Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO

"Arzu edirəm ki, çox hörmət etdiyim və istədiyim xanımların qarşısına mənim qarşıma çıxan kimi bir şəxs çıxsın. Ona başımla, yüz faiz cavabdehəm".

 

Pravda.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

 

Ailə qurduğunu açıqlayan Mətanət bildirib ki, onun həyat yoldaşının şəkli heç zaman ekranlarda olmayacaq:

 

"Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil".

 

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Müğənnilər həyat yoldaşlarını ekranlarda nümayiş etdirirlər. Ayıbdır ki?" sualına M.Əsədova "O, müğənninin qarşısındakı kişisinin xasiyyətindən asılıdır. Məni o müğənnilərlə bir səviyyəyə qoyma" deyə cavab verib.

 

Tarix: 10 May 2024, 18:00   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
12
pravda.az

10Mənbələr