AZ

Elşaddan Ruhəngizə ATMACA: “Sənin kimi çimərlik geyimində filmə çəkilmirəm” – VİDEO

Efirdə Əməkdar artist Ruhəngiz Musəvi və həmkarı Elşad Qarayev arasında gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, müğənnilər qonaq olduqları “Zaurla Günaydın” verilişində bir-birinin ünvanına atmaca atıblar.

Ruhəngizin kinayəli şəkildə “Elşad, belə işlərin də var? Sən belə mahnılar da oxuyursan?!” deməsinə Elşad “Sən də kinolara çəkilirsən də” cavabını verib. Bunun qarşılığında Musəvi “Çəkilmişəm, belə əcəb etmişəm” söyləyib.

Elə bu anda Elşadın “Mən geyimdə oxumuşam. Kostyumda mahnılarımı oxuyuram” sözləri proqramın aparıcısı Zaur Baxşəliyevi təəccübləndirib. Zaur “Elşadın Ruhəngizə atmacasını gördün? Bu çox ağır atmaca oldu” deyib. Bunu eşidən Musəvi “O zamanlar “Baladadaşın ilk məhəbbəti” filminə çimərlik geyimində çəkilmişəm. Mən incə qız idim. Su pərisi kimi idim. İnanın Allaha, illərdir ki, dənizə getmirəm” sözlərini söyləyib.
Elşad Zaurdan Ruhəngizin çimərlik geyimində çəkildiyi “Baladadaşın ilk məhəbbəti” filmindən görüntülərini efirdə yayımlamağını istəyib. Baxşəliyev isə səhər efirində bu cür görüntülərin göstərilməsinin yasaq olduğunu vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
3
bizim.media

10Mənbələr