AZ

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.

Rəqibini üstələyən K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.

Kişilərin yarışında Əhməd Yusifov (60 kq) da üçüncülük uğrunda görüşə çıxacaq. O, Yeldos Smetovla (Qazaxıstan) münasibətlərinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda türkiyəli Tucer Bederlə qarşılaşacaq.

Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
5
report.az

10Mənbələr