AZ

Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Bu tarixlərdə... - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Bu tarixlərdə... - XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
347
49

1Mənbələr

Şərh ()
Bağla