AZ

Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurdular

style='margin-bottom:10px;'>

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb.

QOL.az Azərbaycan Sambo Federasiyasına istinadən xəbər verir ki, idmançılarımız 1 qızıl və 2 bürünc medal qzanıb..

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Xatırladaq ki, sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
14
teleqraf.com

10Mənbələr