AZ

Azərbaycan və Slovakiya müstəqil siyasət aparan ölkədir

Bakı. Trend:

Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkibhissələrindən biri də Avropa İttifaqının üzvü olan ölkələrləəlaqələrin genişləndirilməsidir. Azərbaycan Prezidenti cənab İlhamƏliyevin Avropa ölkələrinə səfərləri, eyni zamanda Avropa ölkələrirəhbərlərinin Azərbaycana səfərləri çərçivəsində müzakirə olunanməsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətləinkişafının bariz nümunəsidir.stimulverici amil rolunu oynayır. Bubaxımdan may ayının 7-də Slovakiya Respublikasının Baş naziriRobert Fitsonun ölkəmizə səfəri xüsusi önəm kəsb edir. Səfərçərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətəkvə geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkəarasında münasibətlərin yüksək səviyyədə olması haqqında təsəvvüryaradır.

Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı cənab İlhamƏliyev bildirdi ki, “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinintarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazirAzərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıqhaqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasisənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıransənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələrbizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığınperspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu günSlovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümidedirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənabBaş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndəheyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çoxməsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksəksəviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çoxsahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə vəmüdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrəgeniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsindəbirgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkretdanışıqlara da start verilmişdir”. Qeyd etmək lazımdır ki, Avropaİttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmışstrateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Cənab İlham Əliyevindediyi kimi: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlıyollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaztəchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qazixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isətəkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəqledilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirməküçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeniyataqlar kəşf olunur və həmin yataqlarda istismar artıqbaşlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslıyaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək vəgünəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etməkimkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanıAvropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan vəSlovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlıdostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davametdirəcəklər”. Azərbaycan və Slovakiya dövlətləri arasındaəlaqələrinin yüksək səviyyədə olması hər iki dövlətin çox gözəlgələcəyinin olmasından xəbər verir. Ölkələrimiz arasındasiyasi-iqtisadi, enerji və sənaye istehsalı sahələrindəəməkdaşlığın perspektivləri çox müsbət səviyyədədir. Ölkələrimizarasında münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq,müttəfiqlik münasibətinə söykənir və bu göstəricilər hər ikidövlətin uğurlu əməkdaşlıq üçün qənaətbəxş hesab etmək olar.Ölkəmizə olan geniş tərkibli səfər bütün sahələr üzrə əməkdaşlığındaha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək vəölkələrimizin gələcək inkişaf üçün böyük perspektivləraçacaqdır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
26
az.trend.az

10Mənbələr