AZ

AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

10 may 2024-cü il, Bakı - Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Ednews  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
27
ednews.net

10Mənbələr