AZ

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin XİLASKARIDIR

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını özünün gərgin əməyi və titanik fəaliyyəti ilə sübuta yetirmişdir.

 

Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993 - cü ilin İyun ayında Ümummilli Iider Heydər Əliyevə üz tutdu. Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsi ölkənin dəhşətli fəlakətlərdən xilasının yeganə çıxış yolu idi. Ulu Öndərin dövlət quruculuq konsepsiyası Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, onun inkişafı üçün yeni üfüqlər, yeni imkanlar açdı.  Birmənalı olaraq demək olar ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

 

Bu əziz və xalqımız üçün dəyərli bir gündə dahi şəxsiyyət Heydər Əliyevin ruhu qarşısında bir daha baş əyir, Uca Tanrıdan ona rəhmət diləyirəm. 

 

Fəzail Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri

10 May 2024 - cü il

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
sfera.az

3Mənbələr