AZ

"Parlament seçkiləri COP29-a görə irəli çəkilə bilər" - Məzahir Pənahov

Qanunvericiliyə görə, parlament seçkiləri noyabrın birinci bazar günü keçirilməlidir. Bu da noyabrın 3-nə təsadüf edir. Seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyası (MSK) geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Maarifləndirmə proqramı tərtib edilir, MSK onu bəyənir və onun əsasında tədbirlər həyata keçirilir.

Oxu24.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

“Söz-söhbət var ki, COP29-a görə seçkilərin vaxtı dəyişə də bilər. Bu zaman vaxt ancaq qabağa çəkilə bilər. Qanunvericiliyin tələbinə görə ,geriyə çəkilə bilməz. Hətta noyabrın əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq. Bununla bağlı fəaliyyətimizi artıq həyata keçiririk. Yaxın günlərdə bu istiqamətdə əməli addımların atılmasına şahid olacaqsınız”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
oxu24.com

2Mənbələr