Hesabata əsasən, 2024-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (92 000), Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63 000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.“Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub”, - hesabatda bildirilir.
Qeyd olunur ki, birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.