Kofe qəbul edəndə bədəndən su çıxmır və nəticədə ödəm yaranır. Əvvəllər mən su əvəzinə bir neçə fincan kofe içirdim. Bu isə böyük fəsadlar yaratdı. Ondan sonra kofeni aradan qaldırdım. Daha sonra kiçik şirniyyat dilimlərindən də özümü məhrum etdim. Yemədim! Söylədi ki, manqalda bişən yeməklərdən və müxtəlif şorbalardan istifadə edə bilərsən. Manqalda bişmiş yemək yedinsə şorba yeməyəcəksən və tərsinə. Mən də onun bu məsləhərtlərinə əməl etdim. Və beləcə bir il ərzində 35 kiloqram çəki itirdim. İndi mənim 35 yaşım var. 26 yaşım olanda 4 aya 25 kiloqram arıqlamışdım. Artıq gördüm ki, zaman və yaş da öz sözünü deyir. Yaş artıqca arıqlamaq çətinləşir. Məsləhətləri içində həmçinin sobada bişirilən yeməklər də var idi. Dietoloq bol su içməyi də mənə tövsiyyə etdi. 3 aydan sonra kofeni həyatıma qaytardım. Onsuz mümkün deyil. Kofe içirəmsə demək yeməyi azaldıram. Kofe içəndə gərək su da qəbul etməyiniz mütləqdir. Artıq kökəlmək istəmirəm. İstəyirəm ki, elə bu çəkidə və ölçülərdə qalım. Hazırda isə çəkim 56 kilodur”.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta