AZ

Hər həftə sonu maarifləndirici təmizlik aksiyalarına start verilir

İ.İbrahimova: məqsədimiz hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir

"Təmiz ölkəm" devizi ilə növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 11 may tarixindən hər həftə sonu təşkil ediləcək maarifləndirici təmizlik aksiyalarına start verilir. Məqsədimiz hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir.

Bunu Demokrat.az-a Nazirliyin sözçüsü İradə İbrahimova bütün respublikanı əhatə edəcək mövsümi təmizlik aksiyaları barədə məlumat verərkən deyib. 

“Gözləntimiz odur ki, "Təmiz ölkəm" sadəcə deviz, şüar olaraq qalmasın, evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olsun. Bu, hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki, cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
12
demokrat.az

10Mənbələr