Futbol ictimaiyyəti yeni rəhbərlikdən çox şey, daha dəqiqi, islahatlar dalğası gözləyir. Bu mənada İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası bir çox məsələyə aydınlıq gətirməlidi. Bəs həmin iclas nə vaxt olacaq?“Football-plus.az” bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət edib:
“AFFA İcraiyyə Komitəsinin iclası ayın 15-dək olmalıdı. Yaxın günlərdə tarix dəqiqləşən kimi məlumat veriləcək”.
ƏSƏD SEYİDOV