AZ

Makron Ermənistana səfərə hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Ermənistandakı səfiri Olivye Dekottini deyib.

 

Səfirin sözlərinə görə, Fransa prezidentinin İrəvana səfəri Ermənistan hakimiyyəti ilə müzakirə olunur: “Biz Ermənistan hakimiyyəti ilə səfərin mümkünlüyündən danışırıq. Əlbəttə, Şarl Aznavurun 100 illiyi çox cəlbedici hadisədir”.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Parisə səfəri zamanı Makronu payızda Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün İrəvana dəvət etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
6
senzor.az

7Mənbələr