Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Baş nazir Əli Əsədov deyib.
Baş nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaq.
“Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub”, - deyə o əlavə edib.
Baş nazir qeyd edib ki, məhz Heydər Əliyev yoluna sadiqliyi özünün dövlətçilik fəaliyyətinin meyarı kimi seçən Prezident İlham Əliyev isə 2008-2012-ci illər qlobal iqtisadi böhranının, 2020-2022-ci illərin qlobal pandemiya dövrünün problemlərinin öhdəsindən uğurla gəldi”.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
5Mənbələr
-
editor.azBaş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur” ( 6272013)
-
demokrat.az“Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur” — Baş nazir ( 6271678)
-
ednews.netBaş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur” ( 6271105)
-
seher.mediaBaş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur” ( 6270778)
-
oxu.azBaş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur” ( 6271078)